Şəkinin bu tarixi qoruğu YENİLƏNİR

27.07.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəkidə yerləşən "Kiş" Tarixi-Memarlıq Qoruğu ofis mebelləri və avadanlıqlarının alınması ilə bağlı tender elan edib. 

Modern.az-ın Dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, qoruq üçün 25 ədəd dəmir ayaqlı stul, 3 ədəd laminat materialdan hazırlanmış işçi masası, 1 ədəd iclas masası, 1 ədəd paslanmayan poladdan mətbəx moykası, 1 ədəd ofis şkafı və 4 kvadratmetr ofis pəncərələri üçün jalüz alınması nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, satınalmanın ehtimal olunan dəyəri 2 335,50 manat təşkil edir.

Qeyd edək ki, təkliflərin son təqdim edilmə tarixi və zərflərin açılış vaxtı isə 11 avqust 2026-cı il, saat 17:00 müəyyən edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью