Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Xoşagəlməz mənzərəylə bağlı izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkil göndərib. Belə ki, 10-AO-012 dövlət nömrə nişanlı “Hyundai Equus” markalı avtomobilin sürücüsü maşını piyada səkisində park edib. İzləyicinin iddiasına görə, sözügedən sürücü nəqliyyat vasitəsini saatlarla səkidə saxlayıb və özü avtomobildə olmayıb. Nəticədə o, ərazidən keçən piyadaların hərəkətinə maneə yaradıb.
Nərmin