Şəkiyə yaraşmayan lövhə: Tarixi abidədə nə baş verir? FOTO

27.08.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəkidə tarixi karvansaralardan birinin qarşısında yerləşdirilən məlumat lövhəsində Azərbaycan, ingilis və rus dillərində yol verilən dil və tərcümə səhvləri diqqət çəkib.

“Yeni Sabah” xəbər verir ki, lövhədə karvansaranın ikinci mərtəbəsinə girişlə bağlı “Otelin ikinci mərtəbəsi baxışa daxil deyil” ifadəsi yazılıb.

Burada ilk diqqətçəkən məqam karvansara ilə hotelin eyni məna daşımamasıdır. Bundan başqa, “baxışa daxil deyil” ifadəsi də bu kontekstdə düzgün işlədilməyib. Daha uyğun variant “İkinci mərtəbəyə giriş qadağandır” ola bilər. Dominos pizza

İngilis dilində isə bu cümlənin tərcüməsi də uğurlu alınmayıb. “No entry to the second floor” və ya “Entry to the second floor is prohibited” ifadələri daha düzgün variantlar hesab olunur.

Lövhənin digər hissələrində də ingilis və rus dillərində qrammatik və tərcümə qüsurları yer alıb. Turistlərin ziyarət etdiyi tarixi məkanda məlumatların müxtəlif dillərdə düzgün və peşəkar şəkildə təqdim olunması gözləniləndir.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью