Səkkiz ay öncə təqaüdə çıxan qolkiper bir mövsümdə üç titul qazandı

16.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Səkkiz ay öncə təqaüdə çıxdığını elan edən Voyçex Şesni karyerasını bərpa edərək "Barselona"ya qayıdıb.

Oxu.Az xəbər verir ki, o bu mövsüm "Barselona" klubu ilə üç titul qazanıb.

Belə ki, təcrübəli qolkiper İspaniya La Liqasının, İspaniya Kral Kubokunun və İspaniya Superkubokunun qalibi olub.

Qeyd edək ki, Voyçex Şesninin "Barselona" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью