Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

30.09.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Cari ilin ilk 8 ayında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yükdaşımaların həcmi 22 faiz artıb. Yeni avtomobil və dəmir yollarının salınması Xəzər dənizi sahilindəki limanlara məsafəni azaldıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniyada səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşündə deyib. O bildirib ki, Orta Dəhliz Çini Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir və ticarət əlaqələrinin artmasına böyük təkan verir. Görüşdə dəhlizin genişləndirilməsi istiqamətində əməkdaşlıq haqqında razılıq əldə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью