Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp daha bir müharibənin tezliklə başa çatdırılacağını bildirib.
“Yeni Sabah” xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ lideri prezidentliyi dövründə səkkiz müharibəni başa çatdırdığını iddia edib və daha bir münaqişənin həllinin yaxın olduğunu deyib. Dördpendirli pizza
“Mən səkkiz müharibəni başa çatdırdım. Daha biri gəlir”, – Tramp bildirib.
Tramp hansı müharibəni nəzərdə tutduğunu açıqlamayıb. Bununla belə, o, çıxışında İranın nüvə silahına malik olmayacağını və bunun dünyanı “tamamilə məhv olmaqdan” xilas etdiyini də deyib.
ABŞ Prezidenti çıxışında Nobel Sülh Mükafatına layiq görülməli olduğunu da vurğulayıb. O, mükafatı alıb-almayacağından asılı olmayaraq, Nobel laureatlarından daha çox iş gördüyünü bildirib.
“İstər mükafatı alım, istər almayım, mən daha çox iş görmüşəm. Düşünürəm ki, bunu mənə verməmələri onlar üçün böyük nüfuz itkisi olardı”, – Tramp deyib.
Tramp həmçinin 2009-cu ildə Nobel Sülh Mükafatına layiq görülən sabiq ABŞ Prezidenti Barak Obamanı tənqid edib. Onun sözlərinə görə, Obama mükafatı aldığı zaman bunun səbəbini belə bilmirdi.
“Obama mükafatı aldı, amma heç nə etməmişdi. O, hələ də bunu nə üçün aldığını bilmir”, – Tramp bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl Ukrayna, Ermənistan-Azərbaycan, İsrail-İran, Hindistan-Pakistan və digər münaqişələrin həllində rol oynadığını bildirərək səkkiz müharibəni bitirdiyini iddia edib. Lakin onun siyahısına daxil etdiyi bəzi münaqişələr üzrə ABŞ-ın rolu mübahisəlidir və bəzi bölgələrdə döyüşlər yenidən baş verib.