Səkkiz təyyarə və altı gəmi ilə Tayvan MÜHASİRƏYƏ ALINDI

12.01.2025

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin Xalq Azadlıq Ordusunun səkkiz təyyarəsi və altı gəmisi Tayvan ərazisinə yaxınlaşıb.

Publika.az xəbər verir ki, bu barədə Tayvan Silahlı Qüvvələri "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Çin gəmi və təyyarələrinin Tayvan ətrafında manevrləri yerli vaxtla saat 6:00-a qədər (Bakı vaxtı ilə 2:00) qeydə alınıb. Eyni zamanda, yeddi təyyarə Tayvanın hava hücumundan müdafiə sistemlərinin cənub-qərb və şimal poliqonuna daxil olub.

"Biz buna uyğun cavab verdik", - Müdafiə Nazirliyi əlavə edib.

Hüseyn İbadlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью