Səkkiz və on üç yaşlı uşaqların toyu olub

23.01.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Rusiyanın Astraxan şəhərindəki restoranların  birində səkkiz və on üç yaşlı uşaqların toyu olub.
Missiya. Az xəbər verir ki, “toy” videoya çəkilib və görüntülər “ÇP Həştərxan” icması tərəfindən “VKontakte” sosial şəbəkəsində yayımlanıb.
Videoda səliqəli geyinmiş səkkiz yaşlı oğlanın ağ gəlinlik geyinmiş yeniyetmə qızla rəqs etməsi əks olunub.
Uşaqların nikahının rəsmi qeydiyyatı Rusiya qanunvericiliyinə ziddir. Hüquq-mühafizə orqanlarının və regional hakimiyyət orqanlarının “toy”a necə reaksiya verdiyi məlum deyil.
Elcan
Missiya.Az


View this post on Instagram

A post shared by АСТРАХАНЬ ЗНАЕТ (@astrakhan_znaet)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью