Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Səkkizaylıq İsanın sizin köməyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası İbrahimov İlqar məlumat verib.
Bildirib ki, körpə oğlu ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb: "Biz Neftçalada yaşayırıq.
Hamama isti su gəlmədiyi üçün məcburiyyətdən uşağı suyu çaydanda qızdıraraq çimizdiririk.
Həmin vaxt anası çaydanı yerə qoyub ki, suyu düzəltsin, uşağı çimizdirsin. Bu vaxt uşaq əlini atıb bütün qaynar suyu boşaldıb üzərinə.
Bizi təcili Bakıya göndərdilər. Burada 2-ci dərəcəli yanıq diaqnozu qoyuldu.
Bir neçə günə qədər Bakıda xəstəxanalardan birində müalicə alırdıq. İmkansızlıqdan müalicəni yarımçıq dayandırıb evə qayıtdıq.
Uşaq gecələr yata bilmir. Ağrıdan qışqırır, ağlamaqdan səsi batıb. Yaraları açıq vəziyyətdədir. Hər an qanına mikrob düşə bilər.