Icma.az, Olay.az portalına istinadən məlumat yayır.
Uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan tanınmış türk aktrisa Aslı Bekiroğlu səkkizinci dəfə əməliyyat olunacağını açıqlayıb.
OLAY yazır ki, xəstəxana otağından paylaşdığı şəklə "İnşallah sonuncusu olar" qeydini əlavə edən aktrisa yenidən əməliyyat olunacağını izləyicilərinə xəbər verib.
Xatırladaq ki, aktrisa uşaqlığındakı miomanın götürülməsi üçün keçirdiyi əməliyyat zamanı bağırsağının zədələnməsi səbəbindən ciddi fəsadlar yaşayıb.