Səkkizinci mərtəbədən yıxılan uşaq sağ qaldı

21.05.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Rusiyanın Yekaterinburq şəhərində uşaq səkkizinci mərtəbənin pəncərəsindən yıxılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Manevrovaya küçəsində qeydə alınıb.

Məlumata görə, valideynlər evdə olsalar da, uşağı nəzarətsiz qoyublar. Həm də böyüklər pəncərəni lazımi qaydada bərkitmədiyindən oğlan heç bir maneə olmadan onu aça bilib.

Nəticədə zərərçəkmiş ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb, təfərrüatları açıqlanmır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью