Sel altında qalan İtitala kəndi GÖRÜNTÜLƏR

09.07.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Ötən gün ölkə ərazisində yağan leysan yağışlar bəzi rayonlarda fəsadlara səbəb olub.

Bakupost.az xəbər verir ki, güclü yağışlar nəticəsində Balakən rayonunun İtitala kəndini sel suları basıb. Yayılan görüntülərdə yaşayış evlərinin, həyətyanı sahələrin və kənd yollarının su altında qaldığı əks olunub.

Sakinlərin sözlərinə görə, sel suları kənd qəbiristanlığına da dolub.

Xatırladaq ki, Balakəndə baş verən digər hadisə zamanı 43 yaşlı kişi selə düşərək itkin düşüb. Belə ki, rayonun Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Ramazanoviç Rzayev həmyerlisi ilə birlikdə çayda selin gətirdiyi odunları toplamaq istəyərkən suya yıxılıb.

Onlardan biri sudan çıxa bilib, lakin A.Rzayevi xilas etmək mümkün olmayıb.

Hazırda onun axtarışları davam etdirilir.

Lalə Novruz,

BakuPost



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью