Sel gəldi, 77 xırdabuynuzlu heyvan tələf oldu Video

11.06.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Gecə saatlarında Daşkəsən rayonuna gələn güclü sel ciddi fəsadlara yol açıb.

“Qafqazinfo”nun xəbərinə görə, sel rayonun Quşçu kənd sakini  Təhməz Rzayevə məxsus 77 baş xırdabuynuzlu heyvanı tələf edib.

Bundan başqa, sözügedən kəndin, həmçinin bir sıra kəndlərin yollarında ciddi problemlər yaşanır.

Məlumat üçün bildirək ki, ötən gecə Gəncə və ətraf rayonlara yağış yağıb, sel gəlib.

Yunis Quliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью