Sel Göygölün kəndinə gedən yolu sıradan çıxardı Video

21.08.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gecə saatlarından başlayaraq Göygöl rayonuna yağan güclü yağış rayonun Zurnabad kəndinin əsas avtomobil yolunda ciddi problemlərə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, sel suları kəndə aparan avtomobil yolunu sıradan çıxarıb.

Hadisə yerinə ağır texnikalar cəlb edilib. Hazırda yolun açılması istiqamətində işlər aparılır.

Məlumat üçün bildirək ki, gecə saatlarında Gəncə ətrafı bölgələrə yağan yağışlar sonrası dağ kəndlərində gediş-gəlişdə ciddi çətinliklər yaranıb.

Yunis Quliyev




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью