Sel Hacıqabul sakinlərini çıxılmaz vəziyyətdə qoydu

18.04.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aramsız yağan leysan xarakterli yağışlar Pirsaat çayında suyun daşmasına səbəb olub.

Nəticədə, bir neçə həyətyanı sahə, nar bağları, elektrik dirəkləri su altında qalıb. Qubalı və Tağlı kəndlərində işıq və qaz təsərrüfatına ziyan dəyib.

"Vəziyyətimiz çox acınacaqlıdır. 6-7 evi sel basıb, həyət-baca suyun içindədir", - kənd sakini deyib.

Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, Qubalı kəndində dağılan körpü artıq bərpa olunub: "Hazırda Pirsaat su anbarı doludur, çaydan gələn su fasilələrlə buraxılır".

Ətraflı Baku TV-nin süjetində:

Sel Hacıqabul sakinlərini çıxılmaz vəziyyətdə qoydu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью