Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir Video

14.10.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində güclü leysan nəticəsində küçə və yolları su basıb.

Turkustan.az bildirir ki, məşhur müğənni Murat Boz Ayazağa rayonundakı studiyada əməkdaşları ilə birlikdə köməksiz vəziyyətdə qalıb.

Sənətçi sosial şəbəkədə paylaşdığı videoda studiyaya su dolduğunu, elektrik enerjisinin kəsildiyini bildirib.

Müğənninin sözlərinə görə, binada təxminən 200–250 nəfər var. Qadın əməkdaşlar daha təhlükəsiz olduğu üçün ara mərtəbəyə çıxarılıb. Lakin orada cəmi 30-35 nəfər qala bilər.

Murat Boz Fövqəladə Halların İdarə Olunması İdarəsinə (AFAD), bələdiyyəyə və İstanbul Yanğınsöndürmə Xidmətinə müraciət edərək insanların təxliyəsi üçün təcili kömək istəyib./publika.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью