Sel körpünü yuyub apardı, 29 nəfər itkin düşdü

08.07.2025

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Güclü sel Nepalı Çinlə birləşdirən “Dostluq Körpü”sünü yuyub aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində Nepalda ən azı 18, Çində isə 11 nəfər itkin düşüb.

Nepalda itkin düşənlər arasında 6 çinli işçi və 3 polis var.

Həmçinin qeyd olunub ki, 8 elektrikli avtomobil də su altında qalıb və kiçik su elektrik stansiyası zədələnib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью