Sel Qaradağ rayonunda körpünü və alternativ yolu dağıdıb

09.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsində körpü uçub, alternativ yolu isə sel yuyub aparıb.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, ərazidən istifadə edən tibb işçiləri də çaydan keçmək məcburiyyətində qalıblar.

Əlacsız qalan sakinlər də çətinliklə yolu keçməyə çalışırlar.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sözçüsü Anar Nəcəfli bildirib ki, alternativ yolu yenidən bərpa etməyə çalışırlar.

Körpünün əsaslı şəkildə yenidən qurulmasına gəldikdə isə, bildirilib ki, bununla bağlı yaxın vaxtlarda qərar verilməsi gözlənilir.

Ətraflı süjetdə:

Sel Qaradağ rayonunda körpünü və alternativ yolu dağıdıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью