Sel səbəbilə Zaqatalanın Meşleş kəndi ilə əlaqə kəsilib

09.07.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zaqatalanın ucqar dağ kəndlərindən biri ilə əlaqə kəsilib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, buna intensiv leysan yağışları üzündən Tala çayından keçən sel səbəb olub.

Belə ki, Tala çayının rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində çayın sol sahilində Meşleş kəndinə gedən yolu sel suları yuyub və yoldan gediş-gəliş dayanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью