Sel suları nəticəsində dağılan körpünün yerində yenisi inşa edilir

05.11.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Quba-Xınalıq yolunda yeni körpünün inşasına başlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşasına start verilib.

"İlkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənir, tikinti sahəsi hazırlanır",- deyə məlumatda qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью