Sel təhlükəsinə dair tədbirlər keçirilib

25.09.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən sel təhlükəsinə dair silsilə maarifləndirmə tədbirləri keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, FHN səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan əhalinin sel-daşqın təhlükəsindən qorunması istiqamətində maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Növbəti belə maarifləndirmə tədbirləri Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı rayonunun, Sumqayıt Regional Mərkəzi tərəfindən isə Xızı rayonunun sel təhlükəli kəndlərində keçirilib.

Yerli sakinlər, o cümlədən iaşə obyektlərinin əməkdaşları ilə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью