Səlahiyyətli nümayəndə vətəndaşları qəbul edib

23.12.2024

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 23-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunda sakinlərlə görüşüb.

Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Culfa şəhərində ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Sonra İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirilib. 150 nəfərdən çox sakinin iştirak etdiyi görüşdə səlahiyyətli nümayəndə sakinlərlə, eləcə də şəhid ailələri və qazilərlə fərdi söhbət aparıb, onların problem və təkliflərini dinləyib. 

Müraciətlərin hər birinin həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi qeyd olunub.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью