Şəlalə Camal: Bəlkə yanıma gələsən?

27.08.2025

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yollarında qaldı gözüm,
Olmadı günüm, gündüzüm,
Həsrətinə necə dözüm,
Bəlkə yanıma gələsən?

Hələ ki, nəbzim diridi,
Dilim, dodağım əridi.
Yuxuma ilan da girdi,
Bəlkə yuxuma gələsən?

Ömrüm soldu ləçək-ləçək,
Mənəm qəşəng? Mənəm göyçək?
Bağçam soldu həyatımtək
Bəlkə bağıma gələsən?

Xəyalım quştək dolaşır
Səmalarda gəzir səni.
Cismim canını tapşırır,
Bəlkə canıma gələsən?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью