Şəlalə Camal: Biz niyə ayrıldıq...

19.11.2025

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

O qədər yolunu gözlədim ki mən...
Yolunda gözümün nuru gedibdi...
Biz niyə ayrıldıq, söylə, de nədən?
Cavabın tapmıram, çox qəribədi...

Hansı daş altında gəzim eşqimi?
İndiki sevgilər görən eşdirmi?
Allah hardadır de, gör eşidirmi?
Bu gediş, bu ağrı mənə zərbədi...

Qorxuram, özümü itirib gedim...
İzin ver sevgimi gətirib gedim...
Yarımçıq sözümü bitirim gedim,
Çox söz də demərəm, bircə kəlmədi...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью