Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Jurnalistəm, a dostlar,
Girmişəm söz meydanına.
Nə qılıncım var əlimdə,
Nə də qalxanım çiynimdə.
Mənim gücüm həqiqətdir,
Silahım sözdür, qələmdir.
Qılınc oynatmıram mən,
Sözümlə savaşıram.
Haqq səsini duyurub,
Yalana da qarşıyam.
Bəzən xəbər izindəyəm,
Bəzən xalqın sözündəyəm,
Bəzən də susanların
Ümid dolu gözündəyəm.
Sözə işıq tuturam mən,
Qaranlığı yarıram.
Bir cümlənin içindəki
Həqiqəti axtarıram.
Sözüm həm qalxanımdır,
Həm bayrağımdır mənim.
Sözüm vətən sevgisidir,
Böyük dayağımdır mənim.
Sözsüz günüm olmasın,
Səssiz sabah açılmasın.
Haqqın nəfəsi kəsilsə,
Vicdanım rahat qalmasın.
Mən bu yolun yolçusu,
Sözün keşiyində duran,
Xalqla dövlət arasında
Etibar körpüsü quranam.
Bir gün səngərdən yazmışam,
Əsgərin hünərindən.
Torpaq üçün can verənin
Şərəfli zəfərindən.
Bir gün müəllimdən yazıb,
Elmi işıqlandırmışam.
Bir gün həkimdən danışıb,
Ümidi canlandırmışam.
Bir gün kənddən yazmışam,
Torpağı becərən əllərdən.
Bir gün şəhərdən yazmışam,
Gecə-gündüz çalışanlardan.
Bir gün ananın göz yaşını,
Bir gün körpə sevincini,
Bir gün şəhid ailəsinin
Qürurunu, dözümünü.
Jurnalistəm, a dostlar,
Qələmim nə görməyib?
İnsan ömrünün ağrısını,
Sevincini, kədərini,
Zəhmətin nə olduğunu
Qələmimlə çəkmişəm.
Bəzən yağış altında,
Bəzən qızmar günəşdə,
Bəzən uzun yollar keçib,
Xəbər dalınca getmişəm.
Mənim yolum asan deyil,
Amma şərəfli yoldur bu.
Həqiqətin keşiyində
Ayıq duran ordudur bu.
Hər yazılan bir sətirdə
Vicdanın izi qalmalıdır.
Jurnalistin hər sözündə
Xalq səsi duyulmalıdır.
Çəkilin qabağımdan,
Sözüm haqqdır, yolum aydın.
Həqiqətin yolçusuyam,
İnamım da, amalım da budur bu
Sözüm - sabaha aparan
İşıqlı bir çıraqdır mənə.
Jurnalistəm, a dostlar,
Şirin yuxum qələmimdir.
Həqiqəti yazan qələm
Bayrağımdır, vətənimdir.
Siz rahat yatan zaman
Müsahibələr almışam,
Gecənin səssizliyində
Xəbərlər hazırlamışam.
Bir hadisə baş verəndə
Yollara üz tutmuşam,
Həqiqətin sorağında
Neçə-neçə iz tapmışam.
Jurnalistəm, a dostlar,
Vaxtla yarışmışam mən.
Bəzən günəş doğmamış
İş başında olmuşam.
Bəzən gecə yarısından
Səhərəcən oyaq qalıb,
Bir cümlənin arxasınca
Saatlarla yol almışam.
Bəzən müsahiblərə
Bir kəlmə desin deyə
Az qala yalvarmışam
Elə zaman olub ki,
Mən sözsüz də qalmışam.
Şəhidlərdən yazanda…
Ailəsi danışanda -
Anaların ahını,
Ataların nisgilini
Qəlbimdə yaşatmışam.
Bütün ifadələri
Göz yaşımda qurmuşam.
Sətirlərə köçürərkən
Kövrəlib dayanmışam.
Bəzən qələm əlimdəykən
Sətirləri görməmişəm,
Dolmuş gözlərimdən axan
Yaşları gizlətmişəm.
Bir şəhid övladının
“Atam nə vaxt gələcək?”
Sualını eşidib
Susqunluğa bürünmüşəm.
Yaralının ağrısını
Dinləyib kövrəlmişəm,
Onun keçdiyi yolları
Yazıb qürurlanmışam.
Xalqımın yarasına
Sözümmlə məlhəm olmuşam
Jurnalistəm, a dostlar,
Sevinc də yazmışam mən,
Kədər də yazmışam mən.
Bir körpənin gülüşünü,
Bir elin bayramını,
Xalqın qələbəsini
Qələmimlə daşımışam.
Mənim silahım söz olub,
Mənim gücüm həqiqətim.
Haqqı yazmaq, düz danışmaq
Ən böyük cəsarətim.
Jurnalistəm, a dostlar,
Ömrümü bu yola vermişəm.
Xalqın səsini duyurmaq üçün
Qələmimlə nəfəs almışam.