Şəlalə Camal: Kədərimin gülüşü

04.02.2025

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Allah, ürəyim darıxır,
Yer tapmıram özümə.
Allah, saçım ağarır,
Baxmıram üz - gözümə.

Görəsən, illər məni,
Qocaldıb hara gedir?
Nə ölüdən ölüdü,
Nə də diridən diri.

Gözlərimin sevinci, 
Qalıb körpə çağımda.
Kədərimin gülüşü
Həkk olub yanağımda.

Körpə çağım uzaqda,
Əl çatmayan yerdədi.
Gülüşümün kölgəsi
İndi qara pərdədi.

Allah, ürəyim darıxır,
Bu yaş, bu baş ürküdür.
Nə olar gəl söhbət edək,
Hava da çox bürküdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью