Şəlalə Camal: Mən səni sevmirəm ki...

04.03.2025

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Həsrətdən buz kimiyəm,
Az qaldım ki, əriyəm.
Eşqindən lap dəliyəm,
Mən səni sevmirəm ki...

Yana - yana kül oldum,
Xəzan kimi solurdum.
Sevincim də yarımdı,
Mən səni sevmirəm ki...

Qəlbimdə qəm bitirdim,
Gözümdə nəm yetirdim.
Ruha bədən gətirdim,
Mən səni sevmirəm ki...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью