Şəlalə Camal: Mən sənsiz yaşamaram...

02.05.2025

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səni təhdid nə həddimə,
Mən sənsiz yaşamaram.
Sənsiz bu cismi, bu canı,
Bir an olsun düşünmərəm.

Mənim dünyam nağıl, roman,
Mənim dünyam sərasərdi.
Sənsiz ömrüm kabus kimi,
Məhv edib öldürər məni.

Sənli günəş doğar könlüm,
Gecəm, qaranlığım nur olar. 
Sənsiz sükut boğar məni,
Sənsiz qəfil ölərəm mən.

Səni düşünməsəm bir an
Nəfəsim mənə yad gələr.
Ruhum sənsiz yolun azıb
Bəlkə o dünyaya gedər...

Ürəyimdə bir sığıncaq,
Nakam qalan ümidimsən
Nə vaxt ki, susmaq istəsəm,
Haray çağıran səsimsən.

Səni sevmək mənim şansım,
Sənsə mənim qismətimsən.
Son qoyaram həyatıma,
Sən məndən getmək istəsən.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью