Şəlalədə çimən Lənkəran sakini batıb

12.06.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Hirkan Milli Parkındakı şəlalədə çimən Lənkəran sakini batıb.

Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonunun ucqar dağ kəndi olan Biləsərdə qeydə alınıb.

Hirkan Milli Parkı ərazisində yerləşən Bum şəlaləsində bir nəfərin batması ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzinə məlumat verilib.

Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Elvin Asif oğlu Quliyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью