“Şelbrun” “Qarabağ” cütünün məğlubu Avroliqada kiminlə qarşılaşacaq? | Icma.az
Icma.az, Qol.az portalına istinadən məlumat verir. Bu gün UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
QOL.az xəbər verir ki, püşkatma mərasimində Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” cütünün məğlubunun rəqibi də bəlli olacaq.
Bu cütlük səpələnməmişlər səbətində yer alacaq və onun rəqibi Avropa Liqasının 2-ci mərhələsinin qaliblərindən biri olacaq.
Söhbət aşağıdakı 3 cütlükdən birinin ən güclüsündən gedir: "HNK Riyeka (Xorvatiya)" - "Ludoqorets" (Bolqarıstan) RFS (Latviya) - "Malmö" (İsveç) "Linkoln" (Cəbəllütariq) - "Srvena Zvezda" (Serbiya) Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu