“Şelburn”dan son dəqiqə transferi “Qarabağ”a qarşı ABŞ dən qapıçı gətirdilər

23.07.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Şelburn” heyətini gücləndirib.

“Football-plus.az” klub saytına istinadla xəbər verir ki, İrlandiya təmsilçisi qapıçı icarəyə götürüb. Bu, “Minnesota Yunayted”in (ABŞ) futbolçusu Vessel Spildi. Qolikerlə anlaşmanın müddəti cari mövsümün sonuna qədərdi.
“Şelburn”un bu yöndə təcili addım atmasının səbəbi komandanın əsas qapıçısı Konor Kearnsın “Linfild”lə cavab oyununda sıradan çıxmasıdı.
“The Sun” nəşrinin məlumatına görə, “Şelburn” 23 yaşlı qapıçının bu gün “Qarabağ”a qarşı keçiriləcək matçda heyətdə yer alması üçün UEFA-ya müraciət edib və müsbət cavab alıb.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью