Selcan Mahsudova Dünya çempionatında finala yüksəldi

07.11.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Azərbaycan təmsilçisi Selcan Mahsudova finala vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, batut gimnastikası üzrə fərdi proqramda çıxış edən idmançımız təsnifat mərhələsini 56.140 xalla altıncı pillədə başa vurub və finala yüksəlib.

Qeyd edək ki, noyabrın 4-də start götürən dünya çempionatı ayın 8-dək davam edəcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью