Selçuk Bayraktar BANM startaplarının nümayiş etdirildiyi stendlərlə tanış olub

05.05.2025

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“TEKNOFEST-2025” çərçivəsində Selçuk Bayraktar SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) startaplarının nümayiş edildiyi stendlərlə tanış olub.

BANM-dən 525.az-a bildirilib ki, ali məktəbin 6 komandası “TEKNOFEST-2025”in final mərhələsində ölkəmizi layiqincə təmsil edir. S.Bayraktar komandalarımızla görüşüb, təmsilçilərimizi salamlayıb və uğurlar arzulayıb.

“TEKNOFEST-2025” Şimali Kipr Türk Cümhuriyyətində, Lefkoşa şəhəri yaxınlığında yerləşən Ercan Hava Limanı ərazisində keçirilir. Bu ilin ikinci “TEKNOFEST” yarışı isə sentyabrda İstanbul şəhərində təşkil olunacaq.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью