Selçuk Bayraktar: Fergani FGN 100 d2 kosmos səyahətinə başladı

03.11.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Türkiyənin "Fergani Space" şirkətinin tam yerli resurslarla inkişaf etdirdiyi ikinci peyki, habelə özəl sektorun ən böyük peyki olan "FGN-100-d2" uğurla kosmosa göndərilib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Savunmasanayist.com portalı yayıb.

Bildirilir ki, texnologiyalar sahəsinin lideri "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar tərəfindən qurulan şirkət "Mövqe Bürc Peyki Layihəsi"nin ikinci mərhələsini tamamlayıb.

"Fergani Space Technologies" şirkəti tərəfindən hazırlanmış 104 kiloqramlıq "FGN-100-d2" peyki "SpaceX"in "Bandwagon-4" missiyası çərçivəsində noyabrın 2-də Türkiyə vaxtı ilə saat 8:09-də (Bakı vaxtı ilə saat 9:09-da) ABŞ-nin "Cape Canaveral SLC-40" bazasından kosmosa göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью