Selçuk Bayraktar Lefkoşada “TECHNOFEST 2025” festivalına hazırlıq məsələlərini müzakirə edib AZƏRTAC

27.11.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ankara, 27 noyabr, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Lefkoşada “TECHNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalının təşkilat komitəsinin sədri, “Baykar” şirkətinin rəhbəri Selçuk Bayraktarı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Kipr türklərinin lideri ŞKTC-də “TECHNOFEST - 2025” sərgisinin keçirilməsi təşəbbüsünə görə S.Bayraktara minnətdarlığını bildirib.

Siyasətçi qarşıdan gələn festivala hazırlığın başlanmasından da məmnunluğunu ifadə edərək, belə genişmiqyaslı tədbirin keçirilməsinə töhfə verən türkiyəli mütəxəssislərə təşəkkür edib.

E.Tatar bildirib ki, festivalın keçirilmə tarixləri iqlim şəraiti və ŞKTC-nin çoxsaylı universitetlərində tədris prosesinin təşkili nəzərə alınmaqla seçiləcək.

“Əminəm ki, “TECHNOFEST-2025” ŞKTC-nin iqtisadi vəziyyətinə müsbət töhfə verəcək və türk Kiprinin maraqlarının beynəlxalq səviyyədə təşviqinə kömək edəcək”, - deyən Prezident, həmçinin Lefkoşanın dünyada mövqeyinin gücləndiyini vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью