Selçuk Bayraktaroğlu NATO nun toplantısına qatılıb

20.09.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu 19 sentyabr 2026-cı il tarixində Danimarka paytaxtı Kopenhagendə keçirilən NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri Toplantısına qatılıb.

"Cebheinfo.az" Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) sentyabrın 20-də yaydığı məlumata istinadən xəbər verir ki, S. Bayraktaroğlu müxtəlif ölkələrdən olan həmkarları ilə görüşüb.

"Ordu generalı Selçuk Bayraktaroğlu toplantıda iştirak edən; Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR), ABŞ Baş Qərargah rəisinin müavini, Almaniya, Albaniya, Birləşmiş Krallıq, Fransa, Hollandiya, İsveç, İtaliya, Polşa və Yunanıstanın Baş Qərargah rəisləri ilə ikitərəfli görüşlər keçirib", - məlumatda bildirilib.

Görüşlərdə ikitərəfli əlaqələr, regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью