Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Trendyol Super Liqasına yüksələn "Kocaelispor" anlaşdıqları texniki direktor Selçuk İnan üçün imza mərasimi keçirib. İnan yaşıl-qaralar klubu ilə 1+1 illik müqavilə bağladı.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Selçuk İnan açıqlamalarda deyib:
"Nə olursa olsun, meydanda hər şeyi verən, mübarizə aparan komanda görəcəksiniz. Mən buna söz verə bilərəm. İnşallah hər şey bizim üçün yaxşı olar, xeyirli olar. Düşünürəm ki, biz birlikdə bunun öhdəsindən gələcəyik."