Selçuk İnan Türkiyə Superliqasına yüksələn klubun baş məşqçisi olacaq

03.06.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qalatasaray" və Türkiyə millisinin sabiq futbolçusu Selçuk İnan "Kocaelispor" klubunun baş məşqçisi olacaq.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.

Selçuk İnan iyun ayının üçündən etibarən "Kocaelispor" klubu ilə rəsmi müqavilə imzalayacaq və baş məşqçi postunda işə başlayacaq.

Qeyd edək ki, Türkiyə Superliqasına yüksələn "Kocaelispor" klubu İsmet Taşdemirlə mayın 12-də müqaviləyə xitam verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью