Səlcuqlu sultanların silikon heykəlləri | Icma.az
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin mərkəzi vilayəti Konyada 1077–1308-ci illərdə Anadoluda hökmranlıq etmiş Səlcuqlu sultanlarının canlıya bənzəyən silikon heykəllərindən ibarət sərgi nümayiş etdirilir.
DNT və anatomik analiz yolu ilə ərsəyə gələn bu heykəllər ziyarətçilərə türk hökmdarlarının necə göründükləri haqqında məlumat verir.
Aparılan elmi araşdırmada Səlcuqlu hökmdarları haqqında məlumatlar - dəri, göz və saç rəngləri, ölüm səbəbləri və s. yer alır.
Bu tapıntılardan sultanların xarici görünüşünü canlandırmaq üçün istifadə edilib.
Həm yerli, həm də xarici ziyarətçilərin böyük marağına səbəb olan sərgidə Səlcuqlu dövrünün zəngin memarlıq nümunələrini əks etdirən əzəmətli darvazaların qarşısında dayanan sultanlar nümayiş etdirilir.
Heykəllər arasında Sultan I Kılıç Arslan, Sultan I Rüknəddin Məsud, Sultan II Kılıç Arslan və Sultan II Rüknəddin Süleyman Şah və başqalarının təsvirləri var.
Dar-ül Mülk Sərgi Sarayının bələdçisi Hülya Acar Anadolu Agentliyinə sərgi barədə məlumat verərək, deyib: – Sərgi il yarımdır ki, fəaliyyət göstərir.
Tam oxu
Xəbəri oxu