Seldən ölənlərin sayı 16 ya çatıb FOTO

10.03.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

 Argentinada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb.

"Cebheinfo.az" xəbər verir ki, Buenos-Ayres əyalət polisi daşqınlardan zərər çəkmiş liman şəhəri Bahia Blancada ölənlərin sayının artdığını bildirib.

Açıqlamada daşqınlarda həyatını itirənlərin sayının 16-ya yüksəldiyi, axtarış-xilasetmə işlərinin aramsız olaraq davam etdiyi vurğulanıb.

 Evlərin və iş yerlərinin su altında qaldığı Bahia Blancada elektrik enerjisi hələ də verilmir.

Təhlükəsizlik naziri Patrisiya Bullriç və müdafiə naziri Luis Petri daşqından zərər çəkmiş Bahia Blancaya baxış keçiriblər.

Yerli mətbuatın məlumatına görə, Bahia Blanca şəhərində təxliyə edilənlərin sayı 900-ü keçib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью