Selena Gomez toylara gedir VİDEO

03.07.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Dünyaca məşhur müğənni və aktrisa Selena Gomez ilə məşhur musiqi prodüseri Jack Antonoff Taylor Swift və Travis Kelcenin toyundan əvvəl keçirilən məşqə gedərkən görüntüləniblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Selena Gomez cümə axşamı keçirilən toy məşqinə yollanarkən avtomobildə çəkdiyi videonu "Instagram" hesabının hekayə bölməsində paylaşıb. Kadrlarda müğənni "Rare Beauty" markasına məxsus dodaq boyasını çəkərək axşam tədbirinə hazırlaşır.

Jack Antonoff isə qara kostyumda bacısı Rachel Antonoff ilə birlikdə qara rəngli avtomobilə minərkən kameralara tuş gəlib. Rachel tədbir üçün çəhrayı rəngli libas seçib.

Selena Gomezin toy qonaqları arasında yer alması təəccüblü qarşılanmayıb. O, uzun illərdir Taylor Swiftin yaxın dostlarından biridir və hər iki ulduz musiqi dünyasının ən tanınmış simaları hesab olunur.

Jack Antonoff da Taylor Swiftin yaradıcılığında mühüm rol oynayan şəxslərdəndir. O, müğənninin "1989", "Reputation", "Lover" və "The Tortured Poets Department" da daxil olmaqla bir çox məşhur albomunun prodüseri olub.

Toy mərasiminə saatlar qalmış digər məşhur qonaqların da tədbir məkanına gəlməyə başladığı bildirilib. Onların arasında Sabrina Carpenter, Ed Sheeran və Sombr da var.

Watch full video on TMZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью