Selena Qomez nişanlandı FOTO KONKRET

12.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Məşhur müğənni Selena Qomez sevgilisi Benni Blanko ilə nişanlanıb.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, məşhur müğənni və “Only Murders in the Building” serialının ulduzu Selena Qomez musiqi prodüseri Benni Blanko ilə nişanlandığını açıqlayıb.

32 yaşlı Qomez xəbəri İnstaqram hesabında paylaşıb.O, brilyant üzüyünün və Blanko ilə gülümsəyən fotolarını paylaşaraq “Əbədiyyət indi başlayır” sözlərini yazıb.

Blanko bu paylaşıma “Bu mənim arvadımdır” reaksiyasını verib.

Cütlüyün nişan xəbərini bir çox məşhur adlar təbrik edib.//Milli.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью