Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müğənni Ayan Babakişiyeva son günlər sosial mediada trend olan 80-lərə aid fotolarla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi nostalji hisslərdən, zamanın sürətlə keçməsindən və övladı ilə bağlı arzularından yazıb. O, qızı Selenanın 20 yaşında olduğunu görməyin onu kövrəltdiyini bildirib:
“Nostalji hisslər insanı uzaq keçmişə götürdüyü zaman düşünürsən ki, nə olur-olsun, ən doğman yanında olsun. Kiminin sevdiyi, kiminin övladı, kiminin valideyni... Bu gün isə baxıram ki, süni intellekt o qədər bizi keçir ki, onun sürətinə çata bilmirik. Bir şeyi anladım: ən son şəkildə Selenanı 20 yaşında görmək məni çox kövrəltdi. Həm fəxr edirəm, həm də gələcəkdə belə illər sonra onun özünü tam təsdiq etdiyini, öz ayaqları üstündə durduğunu görüb fəxr edərək “Bu mənim qızımdır” demək istəyirəm”.