“Selena”nın Selini illər sonra göründü FOTOLAR

31.07.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir dövrün məşhur serialı olan “Selena”da canlandırdığı Selin Aykar obrazı ilə tanınan Cansu Demirci illər sonra yenidən gündəmə gəlib.
2006–2009-cu illərdə yayımlanan “Selena” serialında üç bacının ən böyüyü olan Selin obrazına həyat verən Demirci qısa zamanda tamaşaçıların sevgisini qazanmışdı. Onun sakit xarakteri, təbii aktyorluğu və səmimi ekran enerjisi serialın yadda qalan məqamlarından biri olmuşdu.
Serialdan sonra Cansu Demirci aktyorluq fəaliyyətini dayandıraraq təhsilinə yönəlib. O, Yıldız Texniki Universitetində Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisasını bitirib, daha sonra akademik fəaliyyətini davam etdirmək üçün Almaniyaya gedib və magistr təhsili alıb.
Uzun illər ərzində ekranlardan uzaq qalan və sosial mediada aktiv olmayan keçmiş aktrisa 2024-cü ildə evliliyi ilə yenidən diqqət mərkəzinə düşmüşdü.
İndi isə 2026-cı ilin iyul ayında yayılan yeni görüntüləri ilə yenidən müzakirə mövzusuna çevrilib. Cansu Demircinin son fotosunu görən “Selena” izləyiciləri onun görünüşünə diqqət çəkərək “Heç dəyişməyib” kimi şərhlər yazıblar.
Keçmiş aktrisanın uzun müddət gözlərdən uzaq yaşamağı öz seçimi olduğu bildirilir. O, hazırda daha sakit və mediadan uzaq həyat tərzi sürməyə üstünlük verir.

Leyla
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью