Seleş nədən əziyyət çəkir?

18.08.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabiq yuqoslaviyalı tennisçi Monika Seleş üç il əvvəl miasteniya qravisin (əsəb-əzələ xarakterli autoimmun xəstəlik – red.) əlamətlərini necə hiss etməsi haqda danışıb:

“Uşaqlar və ya qohumlar ilə həyətdə oynayırdım, birdən topu buraxdım. Düşündüm ki, iki top görürəm. Əlbəttə, bunlar inkarı mümkün olmayan simptomlardı. Mənim üçün hər şey onda başladı. Bunu dərk etmək, haqqında açıq danışmaq üçün mənə bir qədər vaxt lazım gəldi. Gündəlik həyatıma ciddi şəkildə təsir edir. Diaqnoz qoyulanda düşündüm ki, yaxşı, nə olacaq? Kiminsə bu haqda danışması xoş deyildi. İndi isə tərbiyə verdiyim uşaqlara deyirəm ki, daim uyğunlaşmaq lazımdı”.

Karyerası boyunca 9 “Böyük dəbilqə” turnirini qazanan 51 yaşlı Seleş ilk dəfə ictimaiyyət önündə xəstəliyini müzakirə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью