Selfi çəkmək istəyən alpinist hündürlükdən yıxıldı, həyatını itirdi

29.09.2025

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çinin Sıçuan əyalətində yüksəklikdə selfi etmək istəyən alpinist yarğana yıxılıb və həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə bir qrup alpinist Nama dağına çıxarkən baş verib.

5500 metr hündürlükdə komanda yoldaşları ilə şəkil çəkdirmək istəyən 31 yaşlı kişi ayağı sürüşüb və yarğana yuvarlanıb. Baş verənlər qrupun digər üzvünün kamerası tərəfindən çəkilib. Yeri gəlmişkən, onun cəsədi hələ tapılmayıb.

Qeyd edək ki, həm də Namu adlandırılan Nama dağı dəniz səviyyəsindən 5588 metr yüksəklikdədir.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью