Selin Ciğerci Deniz Akkayanın 2 il 2 ay həbs edilməsini istəyir

04.03.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial media fenomeni Selin Ciğerci model Deniz Akkayanın iki il iki ay həbs edilməsini tələb edib. 

BAKU.WS xəbər verir ki, 2021-ci ildə Deniz Selinə sosial şəbəkə üzərindən "Oğru" deyib. 

Bundan sonra Selin Denizi İstanbul Baş Prokurorluğuna şikayət edib. Beykoz Asliye Məhkəməsində sözügedən şikayətə baxılıb. 

Məhkəmədə Denizin Selinə atdığı söyüş və təhqir dolu səs yazıları dinlənilib. Bundan sonra Akkayanın 2 il 2 ay müddətinə həbsi istənilib. Lakin Denizin vəkili buna etiraz edib və o da Selinə qarşı dəlil toplamaq üçün hakimdən vaxt istəyib.

Məhkəmənin vaxtı növbəti aylardan birinə təyin edilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью