Selin dağıtdığı körpünün yerində yenisi inşa olunur Fotolar

05.11.2024

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Quba-Xınalıq yolunun 42-ci kilometrliyində sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşasına start verilib.

Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Məlumata görə, ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənir, tikinti sahəsi hazırlanır. 

Qeyd edək ki, iki ay öncə intensiv yağıntılardan sonra yaranmış güclü sel suları nəticəsində Quba rayonundan Xınaqlıq kəndinə gedən yolda yerləşən körpü dağılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью