Selin Dion səhnələrə qayıdır

10.09.2026

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kanadalı məşhur müğənni Selin Dion Parisdə keçiriləcək 16 konsertlik proqramı üçün Fransaya səfər edib.
Kulis.az xəbər verir ki, sentyabrın 12-dən oktyabrın 17-dək davam edəcək şoular çərçivəsində sənətçi həftədə üç dəfə səhnəyə çıxacaq.
Bütün biletləri aylar əvvəl satılan konsertlərdə hər gecə 30 mindən çox tamaşaçının iştirakı gözlənilir.
Qeyd edək ki, nadir neyroloji xəstəlik səbəbindən uzun müddətdir səhnələrdən uzaq qalan pop ulduz Fransadakı son solo konsert seriyasını 2017-ci ildə reallaşdırmışdı.

15 əsrlik abidənin son vəziyyəti - "Mersinin Ayasofiyası" “Avroviziya”dan yeni qərar – Gərgin geosiyasi vəziyyətlə bağlı Bu gün Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçiriləcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью