Icma.az, 525.az saytına istinadən bildirir.
Məşhur müğənni Selin Dionun 6 illik fasilədən sonra səhnəyə qayıdışı böyük ajiotaja səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, sırf Selin Dionun konsertləri üçün Parisə 480 min əcnəbinin gəlişi gözlənilir.
"Amadeus Travel Intelligence" platformasının araşdırmasına görə, dünya üzrə Fransa paytaxtına gəlmək istəyənlərin sayı ötən illə müqayisədə 11 faiz artıb. Avropada isə bu rəqəm 26,5 faizdir.
Müğənninin konsertlərinə ən çox İspaniya, İtaliya və Böyük Britaniya sakinləri maraq göstərir. Bu ay və oktyabrda "La Défense Arena" keçiriləcək 16 konsertdə Selin Dion ingilis və fransız dillərində mahnılar ifa edəcək.
Qeyd edək ki, "Amadeus Travel Intelligence"in hesablamalarına görə, konserti izləmək üçün Fransaya gələcək əcnəbilərin ümumi xərcləri 570 milyon avrodan 1 milyarda kimi olacaq.
L.Tağıyeva